Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Respondentlər prezident vəzifəsində İlham Əliyevə alternativ görmür


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

-

Rəy Monitorinq Mərkəzi 4 gün ərzində Bakıda 1300 respondent arasında sorğu keçirib. Rəyi soruşulanların 80 faizi gələn həftə prezident seçkiləri olsaydı iştirak edərnizmi sualını müsbət cavablayıb. Seçkilərdə səsinizi kimə verərdiniz sualını cavablayan respondentlərin 83 faizi indiki prezident İlham Əliyev variantını seçib.

“Rəy” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov AzadlıqRadiosuna deyib ki, digər göstəricilər bir faizdən aşağı olduğundan statistik göstərici hesab olunmayıb və sorğunun nəticələrinə əlavə edilməyib.

Rəyi soruşulan 1300 sakinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi “İlham Əliyev sizin maraqlarınıza cavab verirmi” sualını müsbət cavablandırıb. 68 faiz respondent ölkədə işlərin düzgün istiqamətdə getdiyini bildirib.

Sorğunu qeyri-obyektiv sayanlara, nəticələrlə razılaşmayanlara Rizvan Abbasov özlərinin bir sorğu keçirməsini tövsiyyə edir:

“Bütün qaydalara əməl edərək sorğu götürsələr görərlər ki, bizim mərkəzin keçirdiyi sorğu tam obyektivdir və həqiqəti əks etdirir”.

Dörd gün bütün Bakıda keçirilən sorğunu “Rəy” Monitorinq Mərkəzinin 15-20 əməkdaşı götürüb.

Rizvan Abbasovdan sorğunun maliyyə dəstəyi haqda soruşduqda əvvəl bu sualı cavablandırmaq istəməsə də sonradan sorğunun mərkəzin öz vəsaiti hesabına götürüldüyünü bildirir, amma ətraflı danışırmır. Deyir ki, bu təşkilatın kommersiya sirridir:

“Bizim Mərkəz bir sıra sosioloji tədqiqatlar aparır və həmin tədqiqatlardan daxil olan vəsaitlə bu sorğu keçirilib”.

Rəy Monitorinq Mərkəzinin 2013-cü ildə keçirdiyi sorğunun nəticələrinə görə, 81 faiz respondent prezident İlham Əliyevi dəstəkləyirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG