Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

İranda minlərlə adam ABŞ səfirliyinin tutulmasının 35 illiyini qeyd edib.

Noyabrın 4-də Tehranda nümayişçilər Amerika, Britaniya və İsrail bayraqlarını yandırıblar.

Bu ilki ildönümü Aşura ilə eyni vaxta düşür. Nümayiş iştirakçılarına müraciət edən universitet professoru Ali Reza Panahian ABŞ-ı imam Hüseynin düşmənlərinə oxşadıb.

1979-cu ildə iranlı tələbələr hücum edib, ABŞ səfirliyini tutmuşdu və 444 gün 52 amerikalını girov saxlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG