Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

İki xalqın mətbəxi bir kitabda təqdim olundu


“Azərbaycan- Macarıstan mətbəxi” kitabı
“Azərbaycan- Macarıstan mətbəxi” kitabı

-
“Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram, eləcə də, bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm”

Bu sözləri “Azərbaycan- Macarıstan mətbəxi” kitabının təqdimat mərasimində Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora səsləndirib.

Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə çap olunan kitabın tərtibçisi olan səfir bildirib ki, Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşır və bu sevgi onu ölkəyə daha çox bağlayır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumat verilir.

Tədbirdə iştirak edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı məsləhət görüb və bildirib ki, o özü də Azərbaycan mətbəxinin yeməklərindən dadacaq.

Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib və vurğulayıb ki, yeni nəşri oxuyanlar hər iki xalqı daha yaxından tanıyacaq və sevəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG