Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57

-

Hər bir iranlının evində 14-cü əsr şairi Hafizin kitabı var.

Ölümündən 600 il sonra da o, iranlıların fəxr yeri və milli kimlik simvolu olaraq qalır.

BBC yazır ki, İranda hətta belə bir zarafat da var: hər bir iranlının evində iki kitab var – Quran və Hafizin divanı. Biri oxunur, o birisi yox.

Bu tapmacanın cavabını tapmaq, hansı kitabın oxunduğunu bilmək üçün gərək Hafizin Şirazdakı məqbərəsini ziyarət etmiş milyonlarla iranlının cərgəsinə qoşulasan.

BBC-nin müxbiri də məqbərəni ziyarət edib.

Ordakı qələbəliyin, şən və rahat atmosferin şahidi olub. Gül-çiçəklə, ağaclıqlar, su kanalları ilə əhatələnmiş məqbərəni ziyarətə gələnlər ucadan Hafizin rübailərini deyirlər.

Müxbir bu ab-havanı “İranın həqiqi siması məhz budur” deyə təsvir edir.

Fars dilinin bütün şəhd-şəkəri Hafizin şeirlərindədir.

İRANDA QISA YUBKA...

Bu mükəmməllik iranlıları birləşdirir. Amma məqbərəyə bu qədər adamın gəlməsinin başqa səbəbi də var.

Hafizin məqbərəsi

Hafizin məqbərəsi

İranı idarə edən mollalar müxalif söz deyənləri rahat yaşamağa, fikirlərini azad ifadə etməyə, sərbəst toplaşmağa qoymurlar.

Hafizin divanı, Miniatür, 1585

Hafizin divanı, Miniatür, 1585

Prezident Rohani-nin təbəssümlü çöhrəsi ola bilsin xaricdə İranda mühitin yumşalması təsəvvürü yaradır.

Amma ölkənin içində ciddi bir dəyişiklik baş vermir.

Bu baxımdan Şiraz sərbəst düşüncəli insanlar üçün bir görüş yeridir.

Bu şəhərin fərqli ab-havası var.

Hətta buranın qadınları da başqa şəhərlərə nisbətən daha sərbəst geyinirlər.

Düzdü, bayıra başdan-ayağa örtülü çıxırlar.

Amma BBC-nin müxbiri yazır ki, buna çətin ki “örtülü demək olar”, çünki yaylıq arxaya sürüşüb az qala çiyinlərə düşüb, qadınların saçının çox hissəsi görünür.

Ayaqlarında isə qara reytuz olsa da, üstündən qısa yubkalar geyməyə cəsarət edirlər.

Şəriət qaydalarına zidd olaraq burda paltar qadın bədəninin formasını gizlətmir. Kişi və qadınlar sərbəst şəkildə deyib-gülürlər.

RİYAKAR VAİZLƏR...

İranda haqqında düşmən obrazı yaradılmış Qərb ölkələrindən birinin - Britaniyanın BBC telekanalının farsca yayımı burada ən populyar xəbər mənbəyidir.

Burada insanlar üzdə bir cür, içdə başqa cür olmaq istəmirlər. Necə ki Hafiz möminlikdən danışıb gizlində min hoqqadan çıxanlar haqda yazırdı (sətri tərcümə):

“Vaizlər minbərdən paklıqlarını göstərməyə çalışarlar. Bəs görəsən niyə başqalarından tövbə tələb edənlər özləri bunu etməz”

Şirazda kinoteatr

Şirazda kinoteatr

Günün bütün mövzuları

XS
SM
MD
LG