Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

Bakı II Beynəlxalq İdman Filmləri Festivalına hazırlaşır


II Bakı Beynəlxalq İdman Filmləri Festivalının logosu

II Bakı Beynəlxalq İdman Filmləri Festivalının logosu

-

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 18-dən 21-dək Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.

FİCTS - İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının üzvü olan Bakı festivalı 2015-ci il Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

Nazirliyin yaydığı xəbərə görə, II Bakı Beynəlxalq İdman Filmləri Festivalına 33 ölkədən 115 film daxil olub.

Festivalın seçim komissiyası onların arasından 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb.

Filmlər 5 kateqoriya üzrə bölünüb:

Bədii film
İdman və şəxsiyyət
İdman və dünya
TV filmləri
Milli film

Birinci festivalla müqayisədə builki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artıb. Nazirlik bunu Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndiririr.

Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusunda olan işlərindən ibarət sərgi təşkil olunacaq.

Festivala qatılacaq film müəllifləri və idman mütəxəssislərinin KİV təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Dünyada tanınan idman xadimlərinin, Olimriya və dünya çempionları, eləcə də, Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin rəsmi nümayəndələri və FİCTS-in rəhbərliyinin festivalda iştirakı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG