Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Könüllü qanvermə aksiyalarında 2 mindən çox adam qan verib


Könüllü qanvermə aksiyaları

Könüllü qanvermə aksiyaları

Noyabrın 4-də Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyalarında 2 mindən çox adam qan verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün saat 12:00-dək 940 litr qan tədarük olunub. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG