Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:02

Kitab yazıb dostunun müalicəsinə 1 milyon dollar topladı


-

ABŞ-ın California ştatında 8 yaşlı oğlan kitab yazaraq dostunun müalicəsi üçün $1 million dollara yaxın pul toplayıb.

Dylan Siegel-in nadir genetik xəstəlikdən əziyyət çəkən dostu Jonah Pournazarian üçün yazdığı “Şokolad” kitabının satışından 2012-ci ildən bəri 900 min dollar əldə olunub. Şəkilli kitabın qəhrəmanı gələcəklə bağlı xəyallar quran oğlandr.

Jonah Pournazarian-ın qara ciyəri xəstədir, onun orqanizmi şəkəri həzm etmir. O, xüsusi pəhrizlə qidalanır ki, qanında şəkərin miqdarı artmasın.

Siegel, Pournazarian və Wise Orta Məktəbinin şagirdləri bu günlərdə Los Angeles-də kitabın 2 illiyini qeyd ediblər. Hər iki oğlan auditoriya üçün kitabdan parçalar oxuyublar. Bir yerdə şəkil çəkdiriblər.

Müalicə üçün toplanan pullar Florida Universitetinə köçürülür. Orada sözügedən xəstəliyin dərmanının tapılması üçün elmi araşdırma aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG