Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Noyabrın 4-də səhər Rusiyadan 6-cı humanitar yardım karvanı Rusiya-Ukrayna sərhədini keçib. Karvandakı 20 maşın 100 ton yük – tibbi ləvazimat və yanacaq daşıyır. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Oleq Voronov yayıb.

Rusiya tərəfi bildirir ki, yük Ukrayna sərhədçiləri və gömrük işçilərinin, eləcə də ATƏT missiyasının iştirakıyla sənədləşdirilib.

Kiyev isə bəyan edir ki, Moskva bir dəfə olsun humanitar yardımla bağlı fəaliyyətini Ukrayna tərəfi ilə razılaşdırmayıb və bunu Rusiyanın beynəlxalq razılaşmaları pozması adlandırır.

Avqust və sentyabrda Rusiya hakimiyyəti Luqansk və Donetskə 3 humanitar yardım göndərib. Ukrayna sərhədinin qanunsuz keçildiyini bildirib.

Daha iki yardım karvanı Ukraynanın şərqinə ötən həftə göndərilib.

XS
SM
MD
LG