Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

Nyu Yorkun Ticarət Mərkəzi 13 illik fasilədən sonra yenidən açılır. Mərkəz 2001-ci il sentyabrın 11-də terrorçuların hücumunda dağılmışdı.

Noyabrın 3-də Conde Nast nəşriyyat şirkəti 104 mərtəbəli «Azadlıq Qülləsi»nə köçüb. Şirkətin ünvanı belədir: 1-ci Dünya Ticarət Mərkəzi.

Bu göydələn 3.9 milyard dollara başa gəlib. O, 2.700 nəfərin öldüyü ərazidə əsas, Birləşmiş Ştatlarda ən hündür binadır. 2001-ci ildə qaçırılmış iki təyyarə binalara çırpılıb.

Binanın və ərazinin sahibi Patrick Foye bu açılışı böyük uğur adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG