Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Donbassda separatçılar Ukrayna hərbçilərinin mövqeyini atəşə tutub


Arxiv foto

Arxiv foto


Çərşənbə axşamına keçən gecə separatçılar hərbçilərin Donetsk vilayətində Nikolayevka qəsəbəsində və Donetsk aeroportu ətrafındakı mövqelərini minomyot və qranatatanlardan atəşə tutub. 3 hərbçi yaralanıb. Bu barədə Ukraynanın cənub-şərqində xüsusi əməliyyatların baş qərargahı məlumat yayıb.

Donetsk şəhər şurasının məlumatına görə, bazar ertəsi gecə şəhərdə ağır texnikadan atəş səsləri eşidilib. UNİAN agentliyi də bəzi rayonlarda partlayış və atəş açıldığını təsdiqləyir. Dağıntılar və xəsarət alanlar barədə informasiya yoxdur.

Ukraynanın müdafiə naziri Yuriy Biryukov Donbassda xüsusi əməliyyatlar zonasında tank döyüşləri getməsi barədə xəbərləri yalan adlandırıb.

Sentyabrda Minskdə atəşkəs sazişi imzalanandan sonra Ukraynanın şərqində hərbi əməliyyatlar azalıb. Hərbçilər və separatçılar bir-birini atəşkəsi pozmaqda ittiham edir.

BMT-nin məlumatına görə, Ukraynanın şərqində son bir neçə ayda 4 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG