Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

AnsPress -də verilən məlumata görə, ailə qadının ölümündə həkimləri günahlandırır. Mərhumun ailəsi bildirir ki, doğuş normal keçib. Lakin onlara xəstəni görməyə icazə verilməyib.

Ailə üzvləri evə qayıdanda onlara xəstəxanadan zəng edərək xəstənin vəziyyətinin pisləşdiyi deyilib.

İddialara görə, qadın ailənin icazəsi olmadan əməliyyat edilib və uşaqlığı çıxarılıb.

Bu son bir ayda Qubada ikinci, ilin əvvəlindən isə üçüncü belə hadisədir.

***

Quba Regional Perinatal Mərkəzində Qusar rayon sakini Aslanova Zərinşah doğuş zamanı vəfat edib.

Bu, 36 yaşlı ananın üçüncü doğuşu olub.

Apa-da verilən məlumata görə,Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Zərinşah Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG