Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Noyabrın 4-də Birləşmiş Ştatlarda aralıq seçkilər keçirilir. Seçicilər 36 senatoru, Nümayəndələr Palatasının 435 üzvünü və 36 ştatın qubernatorunu seçəcəklər. Təhlilçilərin proqnozlarına görə, Respublikaçılar Nümayəndələr Palatasında üstünlüklərini saxlayacaq, hətta möhkəmləndirəcəklər.

Daha çox diqqət Senata yönəlir. Respublikaçılar 100 yerlik Senata nəzarəti Demokratlardan almağa ümid bəsləyirlər. Rəy sorğuları rəqiblər arasında fərqin cüzi olduğunu göstərir.

Analitiklər bildirir ki, Respublikaçılar Konqresin hər iki palatasında üstünlük qazansa, Demokrat Prezident Barack Obama siyasətinin prioritetlərini dəyişməyə məcbur olar. Obamanın prezidentliyinin ikinci müddəti iki ilə bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG