Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34

Bir qrup gənc Moskvada Gürcüstana dəstək məqsədilə piket keçirməyə cəhd edib


Oktyabrın 7-də bir qrup gənc Moskvada Gürcüstan səfirliyinin qarşısında Gürcüstana dəstək məqsədilə piket keçirməyə cəhd edib. Polis aksiyaçılardan təxminən 15-ni saxlayıb.


Rusiyanın hakim dairələri aksiyanın icazəsiz keçirildiyini deyir. Rusiya agentliklərinin verdiyi məlumata görə, oktyabrın 8-də Moskvada bu məqsədlə yenə də aksiya gözlənilir.


Aksiya iştirakçıları Rusiya hökumətindən bu ölkədə yaşayan gürcülərə qarşı kampaniyaya son qoyulmasını, bu işdə əli olan məmurların cəzalandırılmasını tələb etmək fikrindədirlər.


Bu yaxınlarda Gürcüstanda 4 Rusiya zabitinin həbsi Moskvayla Tbilisi arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Zabitlər Rusiyaya verilsə də, Moskva Gürcüstana qarşı bir sıra sanksiyalar tətbiq edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG