Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:09

XİN: «Nalbandian ya beynəlxalq hüququ bilmir, ya da...»


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

-

«Beynəlxalq hüququn, özəlliklə xalqların öz müqəddəratını təyinetmə prinsipinin siyasiləşdirilməsi və siyasi məqsədlərdə istifadəsi qəbuledilməzdir. Təəssüf ki, Ermənistanın təcrübəsində biz bunun şahidi oluruq».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edward Nalbandian-ın fikirlərini şərh edərkən belə deyib.

O, bildirib ki, BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyinetmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan, öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunub:

«Öz müqəddəratını təyin etmə ərazi bütövlüyü hüququna və BMT nizamnaməsinə ziddiyyət təşkil etməməlidir. Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazisini birbaşa ya da dolayısı zorla hərbi işğal etməməlidir. Ermənistan Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyinetmə hüququndan danışmaq yersizdir. Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyinetmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsinə ziddir».

Hikmət Hacıyevin fikrincə, Ermənistan xarici işlər naziri ya beynəlxalq hüququ bilmir, ya da məqsədyönlü şəkildə xalqların öz müqəddəratını təyin etmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG