Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

Bazeldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər


Elmar Məmmədyarov və Edward Nalbandian

Elmar Məmmədyarov və Edward Nalbandian

-

«Paris görüşündə hər hansısa böyük irəliləyişə nail olduğumuzu deyə bilmərəm. Fransa prezidenti François Hollande-ın Böyük Sülh sazişi üzərində işləməyin vaxtının çatdığını deməsi çox müsbət bir addımdır».

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağ münaqişəsi bir günə həll olunacaq məsələ deyil. Nazirin dediyinə görə, prezidentlərin Paris görüşü pozitiv addımdır:

«Hər şey Ermənistan tərəfinin müsbət yanaşmasından asılıdır. Ermənistan deyir, snayperlər cəbhə bölgəsindən çıxarılsın, biz deyirik, icmalar arasında əlaqələr qurulsun. Ən önəmlisi isə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasıdır. Bu olsa, insidentlər də baş verməyəcək. Nəqliyyat imkanları açılacaq, qaçqınların geri qayıtması olacaq. Biz sülhə işləyəcəyik. Həmsədrlər də hesab edir ki, bunun olması münaqişənin nizamlanmasında vacib addım olacaq».

Nazirin dediyinə görə, dekabrın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bazeldə görüşü baş tuta bilər:

«Danışacağıq, müzakirələr aparacağıq. Ola bilər ki, yaxın müddətdə yenə də prezidentlərin görüşünə ehtiyac yaransın».

Günün bütün mövzuları

XS
SM
MD
LG