Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:38

Dahau keçmiş əsir düşərgəsinin tarixi qapısı oğurlanıb


Nasistlərin keçmiş Dahau əsir düşərgəsinin tarixi qapısı oğurlanıb. Qapının üstündə “Əmək sizi azad edir” şüarı yazılmışdı.

Qapının ölçüləri 190X95 sm-dir. Munxen yaxınlığında olan Dahau nasistlərin 1933-cü ildə yaratdığı ilk konsentrasiya düşərgəsidir.

Burda 200 min əsir olub. Onlardan 40 mini həlak olub.

Dahaunu Amerika qoşunları 1945-ci il aprelin 29-da azad edib. Bura hazırda muzeydir.

XS
SM
MD
LG