Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

Çini kuklalar Bakıya gələcək


Çini kukla
Çini kukla

-

Noyabrın 5-də Muzey Mərkəzinin akt zalında rusiyalı rəssam, "Aleksandra" şirkətinin təsisçisi Aleksandra Kukinovanın çini kuklalar sərgisinin açılış mərasimi keçiriləcək.

Sərgi "Kukla" art qalereyası, Muzey Mərkəzi və "Aleksandra" şirkətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Aleksandra Kukinova kuklaçı-rəssam, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədae Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvüdür.

Bir çox beynəlxalq mükafatların laureatıdır.

Əsərləri Rusiyada, ABŞ, İtaliya, Fransa, Almaniya və başqa ölkələrdə şəxsi kolleksiyalarında saxlanılır, Boston Zərif Sənətlər Muzeyinin (ABŞ) daimi ekspozisiyasında sərgilənir.

"Aleksandra" şirkəti - yüzdən çox rəssam, heykəltəraş, dizayner, dərzi, krujeva toxuyan və s. ustaların fəaliyyət göstərdiyi müəssisədir.

Şirkətin fəaliyyəti təkcə müəllif kuklası ilə məhdudlaşmır. Karl Feberjenin ənənələrini davam etdirməklə yanaşı biskvit texnikasında yüksək keyfiyyətli çinidən kolleksiyalı miniatürlər yaradılır, əllə bəzək vurulur, ayrı-ayrı elementlər eksklüziv olaraq sifariş edilir.

Aleksandra Kukinova kukla sənəti üzrə bütün böyük peşəkar yarmarka və sərgilərdə iştirak edir, onun əsərləri dünyanın ən məşhur kukla muzeylərinin kataloqlarına daxil edilib.

Müəllifin Bakı sərgisində tamaşaçılara 13 çini kukla, eləcə də kolleksiyalı çini miniatürlər təqdim olunacaq.

Sərgi noyabrın 8-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG