Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

Azərbaycanda hər il 200 uşaq talassemiya xəstəliyi ilə doğulur


Hadı Rəcəbli

Hadı Rəcəbli

-

«Azərbaycanda hazırda 600 minədək əlil varsa, onun 10 faizi uşaqlardır. Bu məsələnin kökündə savadsızlıq dayanır».

Bunu apa-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli ailə problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq, son 5 ildə parlamentdə Ailə Məcəlləsinə bir neçə əlavə və dəyişiklik edildiyini bildirib:

«Yalnız bir maddə daha çox diskussiyalara məruz qalıb ki, bu da nikaha girən cütlüyün mütləq tibbi müayinədən keçməsi məsələsidir. Azərbaycanda ildə təxminən 170 min uşaq dünyaya gəlir. Cütlüklər nikaha girərkən xəstəliklərini bilməyəndə, onların övladları da xəstə doğulur. Cütlüklər xəstəlik daşıyıcısıdırsa, onlar nikaha girəndən sonra övlad da mütləq xəstə doğulacaq. Burda çətinlik yaradan məsələ qızın və oğlanın səhhəti barədə məlumatın yayılmamasıdır. Bu baxımdan beynəlxalq müqavilələrdə sağlamlıq haqqında qızın oğlana və ya oğlanın qıza məlumat verməsi qadağan olunub. Amma Türkiyə və digər ölkələrin qanunlarında da nikaha girən oğlan və qız öz sağlamlığı haqqında bir-birlərini məlumatlandırırlar».

H.Rəcəbli doğuş zamanı ana və ya uşaq ölümləri barədə də danışıb, yeni doğulan uşaqların talassemiya və hemofiliya xəstəlikləri ilə doğulduğunu qeyd edib:

«Burada Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin xüsusi sənədləri var. Azərbaycanda hər il 200 uşaq talassemiya, 300 uşaq isə hemofiliya xəstəliyi ilə doğulur. Bunun fəsadları ağır olur, əlilliyə gətirib çıxarır. Bu gün elmi-texniki tərəqqi o qədər inkişaf edib ki, insan öz səhhətini müayinə etdirməklə, dünyaya sağlam övlad gətirə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG