Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Amerikalı kəndirbaz 165 metr yüksəklikdə gözübağlı getmək rekordu vurub


-

ABŞ-dan olan kəndirbaz Nik Wallenda Chikaqoda iki göydələn arasında əvvəlcə 138 metr məsafəni qət edib, sonra isə iki qüllə arasında 30 metr məsafəni gözü bağlı gedib. 35 yaşlı kəndirbaş 150 metrdən hündürdə gözübağlı getmək üzrə rekordu təzələyib.

Chikago Tribune qəzeti yazır ki, o, ilk məsafəni qət edərkən də göydələn arasında polad məftil üfqi bağlanmamışdı, 19 dərəcə maili idi.

Bütün bunları o, 165 metr hündürlükdə edib və ehtiyat üçün özünü bağlamayıb.

Kəndirbaz deyib ki, ona ən böyük çətinliyi küləklər şəhəri kimi tanınan Çikaqodakı külək yaradıb.

XS
SM
MD
LG