Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Rifah İndeksində Azərbaycan 79-cu yerdədir


Londonda qərarlaşan Legatum institutu ənənəvi illik rifah indeksini hazırlayıb. 2014 Rifah İndeksində Azərbaycan 142 ölkə arasında 79-cu yeri tutub.

Hər bir ölkə üzrə rifah indeksi 8 sahə üzrə vəziyyətə qiymət əsasında müəyyən olunur. Bunlar iqtisadiyyat, səhiyyə, təhsil, biznes və buna şərait, idarəçilik, şəxsi azadlıq, təhlükəsizlik , sosial kapitaldır.

Azərbaycan iqtisadiyyatına görə dünyada 65-ci, biznes və buna şəraitə görə 67-ci, idarəçilikdə 105-ci, təhsildə 83-cü, səhiyyədə 89-cu, təhlükəsizlikdə 75-ci, şəxsi azadlıqda 102-ci, sosial kapitalda, durumda 77-cidir.

Rifah İndeksində dünya üzrə birinci yerdə isə Norveçdir. Sonrakı yerlərdə İsveçrə, Yeni Zelandiya, Danimarka, Kanada, İsveç, Avstraliya, Finlyandiya, Niderland və ABŞ gəlir.

Azərbaycanın qonşularından Rifah İndeksində Rusiya 68-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci, İran 107-ci yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG