Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:14

-

Azərbaycan prezidenti gələn həftə Macarıstana işgüzar səfər edəcək.

Bunu noyabrın 3-də Bakıda keçirdiyi mətbuat konfransında Macarıstanın baş naziri Péter Szijjártó deyib.

O bildirib ki, Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir. Səfərədək isə strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək nəzərdə tutulub.

«Bu il ticarət dövriyyəmiz keçən ilə nisbətən 18 faiz artıb. Azərbaycanla əlaqələrimiz inkişaf edir. Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır. Əminəm ki, prezident İlham Əliyevin Macarıstana səfərindən sonra əlaqələr daha da inkişaf edəcək. Biz Azərbaycanı enerji sahəsində də əhəmiyyətli tərəfdaş hesab edirik» - deyə Macarıstanın naziri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG