Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

-

Noyabrın 12-də Nizami Kino Mərkəzində nəsillərin sevimli ekran əsəri-- C.Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan «Sehrli xalat»ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.

Yubiley axşamında filmdə çəkilmiş sənətkarlar yad ediləcək, çəkilişlərlə bağlı maraqlı hadisələrdən danışılacaq.

Filmdəki ifaçılar arasında xaricdə yaşayan bir neçə nəfər, o cümlədən baş qəhrəman Azər Qurbanov yubileydə iştirak etmək üçün Bakıya gələcək.

Yubiley tədbirində «Sehrli xalat» filmi ilə bağlı tədqiqat işinin müəllifi rusiyalı kinoşünas Andrey Vyatkin maraqlı fikirlərini bölüşəcək.

«Sehrli xalat» (1964) filminin rejissoru və ssenari müəlliflərindən biri Əlisəttar Atakişiyevdir.

Filmin musiqisini Arif Məlikov yazıb. Dirijor Niyazidir.

Filmin çəkilişində və səsləndirilməsində məşhur sənətkarlar (Əliağa Ağayev, Yusif Vəliyev, Müxlis Cənizadə, Əminə Yusifqızı) iştirak ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG