Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:58

Rəsul Cəfərovun Bank Respublikaya qarşı şikayəti təmin olunmayıb


Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov məhkəmə qərarı olmadan hesabının dondurulmasına görə Bank Respublikanı məhkəməyə verib. Səbail rayon məhkəməsində keçirilən iclası Rəsul Cəfərovun nümayəndəsi Günay İsmayılova izləyib:

«Rəsul kifayət qədər sübutlar gətirdi ki, onun bank hesabına qanunsuz həbs qoyulub. Rəsul faktiki olaraq öz hesabındakı pullardan istifadə edə bilməyib. Onun mülkiyyət hüququ pozulub. Bank Rəsul Cəfərovla bağladığı müqavilədə göstərilən öhdəlikləri pozub».

Günay İsmayılova deyir, Rəsul Cəfərov həbsxanada saxlanma şəraitindən narazılıq etməyib.

Bu il iyulun 7-də məhkəmə Rəsul Cəfərovun hesabına həbs qoyulması ilə bağlı qərar çıxarıb. Hüquq müdafiəçisi həmin tarixdən bir neçə gün əvvəl hesabının dondurulması barədə məlumat yayıb.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur. Həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. Amnesty International təşkilatı R. Cəfərovu vicdan məhbusu elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG