Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

Azərbaycanda geri qaytarılmasında problemlər yaranan kreditlərin məbləği artıb.

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 973 milyon manat olub.

Fins.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% və yaxud 178 milyon manat çoxdur.

Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,4%-dən 5,5%-ə qalxıb.

İlin əvvəli ilə müqayisədə isə problemli kreditlər 22,8% və yaxud 180 milyon manat artıb.

2013-cü ilin yekunlarına görə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,1% olub.

Bir qədər əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG