Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Bakıda baş verən kütləvi dava ilə bağlı 3 nəfər tutulub


Bakı şəhər Baş Polis İdarəsi Bakıda baş verən kütləvi dava ilə bağlı məlumat yayıb. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, noyabrın 1-də saat 02:40 radələrində, Yasamal rayonu M.Həsənov küçəsində baş vermiş münaqişədə Bakı sakini Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb. Tofiq Mehdiyev isə kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətlə xəstəxanaya daxil olub.

Münaqişənin digər iştirakçıları Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər Qasımzadə əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya İnstitutuna daxil olublar.

Hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində R.Suleymanovu qətlə yetirən, T.Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov da müəyyən olunaraq tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG