Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:54


Azərbaycan XİN Londonda noyabrın 3-6-da keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış işğalçı rejimin təqdim olunmasının qarşısının alınması üçün məsələ qalıdırıb. Bu barədə XİN-nin sözçüsü Hikmət Hacıyev açıqlama yayıb.

Açıqlamada deyilir ki, hələ tədbir başlanmazdan öncə Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti qarşısında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılıb. Həmçinin, Böyük Britaniya-Azərbaycan Parlament Qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlanıb.

“Reed Exhibitions şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirib. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm İnkişaf İdarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməyib. Azərbaycan Respublikasının səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycanın işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və sərginin təşkilatçısı Reed Exhbitions şirkəti ilə işi davam etdirir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG