Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:35

Pakistanda hərbi paraddan qayıdan yüzlərlə adam terrora məruz qalıb.

Polis 55 adamın öldürüyünü, onlarla adamın yaralandığını bildirir.

Terror noyabrın 2-də Pakistanın Pencap əyalətinin Hindistanla sərhəddəki Lahor şəhərində baş verib.

Pakistan Baş naziri Nawaz Sharif hadisəylə bağlı öz dərin kədərini bildirib. Onun hindistanlı həmkarı Narendra Modi hücumu "dəhşətli və namərd" adlandırıb.

Radio Marşal hücumla bağlı məsuliyyəti Talibandan ayrılmış qrupun öz üzərinə götürdüyünü yazır.

Pakistan Daxili İşlər Nazirliyi Məhərrəm ayında baş verə biləcək terror aktlarının qarşısını almaq üçün 32 min təhlükəsizlik və polis əməkdaşı cəlb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG