Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

İran prezidenti Hassan Rouhani yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Bu xəbəri İranın “FARS news agency” agentliyi azərbaycanlı deputatlara istinadla yayıb.

Məlumata görə, bu xəbər bazar günü İran və Azərbaycan parlament nümayəndə heyətlərinin görüşündə elan olunub. Azərbaycanlı deputatlar qeyd ediblər ki, Rouhani Azərbaycana noyabrın 15-dək gələcək.

Ötən həftə yerli xəbər agentlikləri İranın Bakıdakı səfiri Mohsen Pak-Ayin-ə istinadla yazmışdı ki, “Doktor Hassan Rouhani bu ayın sonuna qədər Azərbaycana səfər edəcək”.

“FARS news agency” bazar günkü görüşdə azərbaycanlı deputatların Rouhani-nin parlamentdə çıxış etməsini təklif etidiklərini yazır.

Ötən ay Prezident Rouhani Astraxanda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə ikitərəfli diplomatik münasibətləri pozmağa yönəlik hərəkətlərə qarşı ayıq-sayıq olmağa çağırıb.

Bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəri olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelidə Tehranda rəsmi səfərdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG