Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:16

AB Ukraynada separatçıların keçirdiyi seçkini tanımayacaq


Parlament seçkisi, Ukrayna

Parlament seçkisi, Ukrayna

Avropa Birliyi Ukraynanın şərqində seperatçıların keçirdiyi seçkini "sülhə maneə" sayıb və bu seçkini tanımayacağını bəyan edib.

AB-nin xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini noyabrın 2-də Donetski və Luqanskidə keçirilən seçkini "qeyri-legitim" adlandırıb.

Rusiyanın xarici işlər nazirliyi isə bildirib ki, bu "Ukraynanın cənub-şərqindəki adamların arzusuna münasibətidir".

Nazirlik seçki yolu ilə seçilən nümayəndələrin regionlarda normal həyatın bərpasına dair praktik məsələləri həll etmək üçün mandat aldığını deyib.

Ukrayna prezidenti Petro Poroshenko seçkini "tank və silah altında məzhəkə" adlandırıb.

Ukraynanın hərbi rəsmiləri bildiriblər ki, seçkiyə nəzarət etmək üçün ölkənin cənub-şərqinə Rusiyadan hərbi texnika və şəxsi heyət göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG