Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

Bakıdakı avtomobil yarışı bu gün bitir


“Baku World Challenge” 2014 avtomobil yarışları keçirilir. Noyabrın 1-də başlayan yarışa görə paytaxtda bir neçə yolu nəqliyyata qapadılıb. Yarışla əlaqədar Bakının cənub girişində-“20-ci sahə” dairəsindən “Azneft”ə qədər avtomobillərin hərəkəti dayandırılıb.

Bu barədə AzadlıqRadiosuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib:

“Sürücülərimizə alternativ yollardan istifadə etməyi məsləhət gördük. Düzdür oktyabrın 31-də şəhərin küçələrində nəqliyyatın sıxlığı olsa da, sonradan bu da aradan qalxdı. Oyunlar bitəndən dərhal sonra bağlı küçələrdə nəqliyyat bərpa ediləcək.”

Vaqif Əsədov bildirib ki, sürücülərə bağlı küçələrə alternativ yollar təklif edilib:

“Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi və "20-ci sahə dairəsi"ndən çıxmaq istəyənlər Badamdar qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla, eləcə də Tbilisi prospekti ilə Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişməsindən cənub və ya şimal istiqamətinə hərəkət edə bilərlər”

“Baku World Challenge” avtomobil yarışları 2012-ci ildən keçirilir. Builki yarışda yarışda 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparıb. Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro pul mükafatı təqdim olunacaq.

Yarışlar noyabrın 2-də başa çatır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG