Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Kişi voleybolunu izlədiyi üçün qadına 1 il həbs cəzası verildi


Iran – Women with Iranian flags in Tehran Azadi stadium in a ceremony for honoring the organizers that facilitated cultural activities and travel inside Iran during the two-week Norouz holidays, Tehran, Apr2013

Iran – Women with Iranian flags in Tehran Azadi stadium in a ceremony for honoring the organizers that facilitated cultural activities and travel inside Iran during the two-week Norouz holidays, Tehran, Apr2013

-

İran əsilli britaniyalı qadın Ghoncheh Ghavami bir il azadlıqdan məhrum edilib. Bu barədə onun vəkili bildirib .

Ghoncheh Ghavaminin 25 yaşı var. O bu ilin iyununda kişilər arasında voleybol üzrə İran və İtaliya oyununu izləmək üçün Azadi stadionuna gəlmişdi. O İyunda kişi voleybol yarışlarına qadınların buraxılmamasına etiraz edən zaman həbs edilmişdi.

Ghoncheh Ghavaminin məhkəmə prosesi ötən ay başlayıb. Onun vəkili Alizadeh Tabatabaie mətbuata bildirib ki, mavəkkilinə 1 il həbs verilməsinin heç bir rəsmi səbəbi göstərilməyib.

Vəkil Ghavaminin “rejim əleyhinə təbliğatda” ittiham olunduğunu deyib.

Ghavamini 128 gün idi ki, məhbəsdə idi. O həmin günlərin 41-ni “karser”də keçirib. Həbsdə olan zaman iki həftə aclıq aksiyası edib.

İranda 1979-cu ildəki İslam inqilabından sonra qadınların futbol stadionlarına getməsi qadağan olundu.

2012-ci ildə İranın idman və gənclər nazirliyi bu qadağaya voleybol yarışlarını da əlavə etdi.

İran rəsmiləri bildirirlər ki, stadionlarda qadınlarla kişilərin birlikdə olması ictimai maraqlara uyğun deyil və bu qadağa həm də qadınların öz marağındadır.

Bu qadağa 2014-cü ilin iyununda aktuallaşdı. İyunun 13-də Voleybol üzrə Dünya Liqası yarışlarında İranla Braziliya Tehranda qarşılaşanda iranlı qadınları Azadi stadionuna buraxmadılar, Braziliya qadınları isə sərbəst keçdilər.

İyunun 20-də İran İtaliya ilə qarşılaşanda Ghavami də daxil, onlarla qadın Azadi stadionu qarşısında etiraz aksiyasına çıxdı. Onlar qadınların voleybol yarışlarına buraxılmaması qadağasına etiraz edirdi. Hadisənin şahidi olan jurnalistlərin dediyinə görə, polis qadın etirazçıları döyərək dağıtdı, bir neçə qadın həbs olundu.

Noyabrın 2-də Britaniya höküməti Ghoncheh Ghavami nin 1 il həbs cəzası almasından narahatlığını bildirib.

Britaniya xarici işlər nazirinin noybarın 2-də yaydığı bəyanatda bildirilir ki, “cinayət təqibinin əsasları barəsində narahlıqlar var” və Ghavami istintaq müddətində müalicə alırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG