Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Fransa polisi etirazçının ölümünə görə nümayişçilərlə toqquşub


Fransanın iğtişaş polisi Nant və Tuluz şəhərlərində nümayişçilərlə toqquşub.

Nümayişçilər bundan bir həftə əvvəlki nümayişdə polislə toqquşmada öldürüldüyü güman edilən fəalın qətlinə etiraz edirdilər.

Polis gözyaşardıcı qazlardan istifadə edib. Toqquşmalar zamanı polislərdən və etirazçılardan onlarca xəsarət alan var.

21 yaşlı Rémi Fraisse-in meyiti oktyabrın 26-da Tuluz şəhəri yaxınlığında su bəndinin tikintisinə etiraz edən mitinqdən sonra tapılıb.

Təhqiqat Fraisse-nin çox güman polisin istifadəsində olan “həmlə qumbarası” yarasından öldüyünü göstərib.

Nant şəhərində isə nümayişçilər yeni hava limanının tikintisinə etiraz edirdilər.

Polis onadək etirazçının həbs edildiyini bildirib.

Fransa polisinin rəhbərliyi bildirib ki, burada söhbət polislə mütəmadi olaraq toqquşmalara can atan şəxslərdən gedir.

Daxili işlər naziri Bernard Cazeneuve etirazçının ölümü ilə bağlı istefa çağırışlarını rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG