Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Rusiya hərbi təyyarələri Qərbin göylərində qıy vurur


Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı Rusiyanın Tu-95 bombardmançısını izləyir
Norveç Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı Rusiyanın Tu-95 bombardmançısını izləyir

-

Britaniya mətbuatı xəbər verir ki, Krallıq Hərbi Hava Qüvvələrinin “Typhoon” döyüş təyyarələri ölkənin hava məkanına yaxınlaşan Rusiya bombardmançısı Tu-95 təyyarəsini aşkar ediblər.

Müdafiə Nazirliyinin bəyanatına görə bu, “son üç gündə Vladimir Putin-in Britaniyanın hava məkanına yaxınlaşan ikinci təyyarəsidir”.

“Uçan rus Ayısı”

Mətbuat xəbər verir ki, Sovet dövründən qalma və NATO tərəfindən “Bear” (Ayı) kod adı verilmiş Tupolev-95 təyyarəsi hava məkanının Şotlandiyaya yaxın nöqtəsində radara düşüb.

Britaniya qırıcıları təyyarəni hava məkanından uzaqlaşanadək müşayiət edib.

Hava sərhədinə daha bir yaxınlaşma ötən çərşənbə baş verib. Həmin gün Rusiya Hərbi Hava Donanmasına məxsus iki Tu-95 NATO-nun radarlarına Şimal dənizi üzərində düşüb.

Avropa üzərində “qəribə” manevrlər

Xəbər verilir ki, Rusiyanın hərbi təyyarələri Qara dənizdən Atlantik okeanınadək geniş ərazidə “əhəmiyyətli döyüş manevrləri” edirlər.

NATO Rusiya hərbi təyyarələrinin həmçinin Avropa üzərində “qəribə” manevrlərinin artdığını bildirib.

Norveçə məxsus F-16 qırıcıları Norveç dənizi üzərində Rusiyanın İl-78 yanacaq təyyarələri də daxil olmaqla 8 təyyarəsını aşkar edib.

Təyyarələrdən 6-sı Rusiya tərəfə qaytırsa da, iki təyyarə uçuşlarını Britaniya istiqamətində davam etdirib.

Bu da xəbər verilir ki, Türkiyə və Portuqaliya qırıcıları Rusiyanın hərbi təyyarələrini Qara dəniz və Baltik üzərində müşahidə ediblər.

Döyüşə bənzəyən məşq

Londondakı Royal United Services Institute analtik mərkəzindən İgor Sutyagin BBC-yə bildirib ki, Rusiya pilotları mülki aviasiya dispetçerləri ilə kommunikasiyaya girmir, özlərini lovğa və nəzakətsiz aparırlar.

Təhlilçi deyib ki, Rusiya hərbi təyyarələri döyüş əməliyyatlarına yaxın şəraitdə təlim keçirlər.

Bu da xəbər verilir ki, bütün sözü gedən hallarda Rusiya təyyarələri beynəlxalq hava məkanında olublar.

NATO bildirir ki, Rusiya təyyarələri bir çox hallarda uçuş planlarını təqdim etmir, mülki aviasiya dispetçerləri ilə kommunikasiyadan imtina edirlər. Bu isə öz növbəsində mülki aviasiya üçün təhlükəli şərait yaradır.

İgor Sutyaginin fikrincə, “NATO-nun sərhədləri yaxınlığında belə uçuşlar yeni bir hal deyil, lakin hazırkı intensivliyə və kommunikasiyanın yoxluğuna Rusiya siyasətinin kontekstində baxmaq lazımdır. Bu siyasət Qərblə əməkdaşlığa yox, qarşıdurmaya yönəlib”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG