Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:49

Ukrayna münaqişəsində ölənlərin sayı 4 mini keçib


Donetskdə Rusiyameylli döyüşçülər - 30 oktyabr 2014

Donetskdə Rusiyameylli döyüşçülər - 30 oktyabr 2014

-

BMT-nin yeni hesabatına görə, Ukraynanın şərqində dövlət orqanları və Rusiya tərəfdarı olan separatçılar arasında baş verən hərbi münaqişədə indiyədək 4 min nəfərdən çox insan həlak olub.

Təşkilatın oktyabrın 31-nə olan məlumatına görə, 6 aydan artıqdır davam edən hərbi qarşıdurmada qurbanların sayı 4035-ə çatıb. Sentyabrın sonlarındakı atəşkəs razılaşmasına baxmayaraq, təkcə son 10 gündə 300 nəfər həlak olub.

Minskdə əldə olunan razılaşmadan sonra döyüşlərin şiddəti azalsa da, hər iki tərəfdən itkilər gündəlik qeyd olunur. Söhbət ilk növbədə Donetsk aeroportu, Luqansk və Mariupol yaşayış məntəqəsində baş verən qarşıdurmadan gedir.

Donetsk və Luqansk vilayətlərindən olan məcburi köçkünlərin sayı isə 930 min nəfərdən artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG