Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

Azərbaycan Fələstinin müstəqilliyini tanıyacaqmı?


Siyasi fəal Fələstin bayrağını dalğalandırır
Siyasi fəal Fələstin bayrağını dalğalandırır

-

«Yeni Müsavat» qəzeti İsveçin rəsmən Fələstinin müstəqilliyini tanımasından sonra Azərbaycanın bu məsələdə hansı mövqe tutacağı sualına aydınlıq gətirməyə çalışıb. İsveçdən öncə Avropa İttifaqına üzv olan bir neçə dövlətin də bu addımı atdığını xatırladan qəzet sualı cavablandırmaq üçün rəsmilərə üz tutub.

Deputat Zahid Oruc bildirib ki, Azərbaycanın Fələstini tanıma qərarına bir sıra məsələlər mane olur:

«Biz Fələstinlə normal siyasi münasibətlərimizi ən yüksək səviyyədə saxlamışıq. Ancaq bu ölkəni tanıma qərarına bir sıra məsələlər mane olur. Düşünürəm ki, dövlətin bu qərarı vətəndaşlar tərəfindən anlayışla qarşılanmalıdır. Mən bu məsələdə siyasi qərarın verilməsində tərəddüdü anlayışla qarşılamağın tərəfindəyəm. Tərəddüd daha çox Azərbaycan maraqları, İsrail-Azərbaycan münasibətlərinə zərbə vurmaq baxımından yox, Fələstinin özünün siyasi elitasında bu dövlətin hansı əraziləri əhatə etməsi ilə bağlı bir qeyri-müəyyənliyin nəticəsidir».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Azərbaycanla Fələstin arasındakı hazırkı diplomatik münasibətləri bu ölkəni tanımaq kimi dəyərləndirib:

«Azərbaycanda Fələstin dövlətinin səfirliyi fəaliyyət göstərir. Bu səbəbdən Azərbaycanın təcrübəsində belə bir məsələ mövcud deyil. Bizim artıq diplomatik münasibətlərimiz var. Bu diplomatik münasibətlər Fələstinin dövlət kimi tanınması deməkdir».

Nərgiz Paşayeva və Lord German
Nərgiz Paşayeva və Lord German

NƏRGİZ PAŞAYEVA: İNGİLTƏRƏ-AZƏRBAYCAN CƏMİYYƏTİNİN MƏQSƏDİ…

AzərTac Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında ənənəvi görüşdən xəbər verir.

Bildirilir ki, oktyabrın 31-də professor Nərgiz Paşayeva Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb.

Görüşdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell və başqaları da iştirak edib.

Agentlik xəbər verir ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri olmaqdan şərəf duyduğunu bildirən Lord German Nərgiz xanımla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.

Nərgiz Paşayeva yeni həmsədr Lord German-ın da səylərinin Cəmiyyəti xüsusilə xeyriyyə, mədəniyyət və təhsil sahəsində gələcək uğurlara aparacağına əminliyini söyləyib.

Qeyd edilib ki, son 20 ildə Azərbaycandan 5 minə yaxın tələbə Britaniyada təhsil alıb.

Pənah Hüseyn
Pənah Hüseyn

Professor Azərbaycan və Britaniya xalqları arasındakı oxşarlıqlardan bəhs edərək, hər iki xalqın dostluğu, səmimiyyəti və yumoru sevdiyini bildirib.

İSA QƏMBƏRİN SƏDRLİK ETDİYİ TƏŞKİLAT NƏ İŞLƏ MƏŞĞUL OLUR?

Mediaforum saytı İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin nə işlə məşğul olmasına aydınlıq gətirməyə çalışıb. Mərkəzdə təmsil olunan Xalq Partiyasının sədri Pənah Hüseyn sayta açıqlamasında bildirib ki, təşkilatın yaxın hədəflərinə dair əsasnamə layihəsi qəbul olunub:

«Təsis protokoluna görə, Milli Strateji Düşüncə Mərkəzinin məqsədi Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası, demokratikləşmə və çağdaş siyasi mədəniyyətin formalaşması prosesləri sahəsində nəzəri və praktik tədqiqatlar aparmaqdır. Həmçinin layihələr, proqramlar, konsepsiyalar, doktrinalar, analitik materiallar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, dövlətə və ictimaiyyətə təqdim etmək də məqsədlər sırasındadır. Hələ ki, bu təşkilatın hüquqi statusu yoxdur, qeyri-formal qurum kimi fəaliyyət göstərir, amma gələcəkdə nə olacağını deyə bilmərəm. Qərargah kimi Müsavat Partiyasının otaqlarının birini seçmişik, daha doğrusu, orada toplanırıq. Bu, beyin mərkəzi tipli qurumdur. İdarəetmə strukturunun olması hələ nəzərdə tutulmur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG