Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:33

İtkin düşmüş 25 nəfərin taleyinə aydınlıq gəldi


Foto: Arxiv
Foto: Arxiv

-

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin kimi qeydiyyata alınmış 25 nəfərin taleyinə aydınlıq gətirib.

Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.

Beləliklə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil edib. Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 347-si qadın, 207-si uşaqdır.

XS
SM
MD
LG