Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Tokio Film Festivalının qalibi elan edildi


-

Tokio Beynəlxalq Film Festivalının baş mükafatına ABŞ və Fransa kinomatoqrafçılarının birgə istehsalı olan “Allah bilir ki, nə” (Heaven Knows What) filmi layiq görülüb.

Ölüm astanasında olan narkotik aludəçiləri arasında sevgidən bəhs edən filmin baş rejissorları Joshua və Benny Safdie qardaşlarıdır.

Onlar ən yaxşı rejissor işinə görə də festivalın mükafatını alıblar.

OxuZalı AzərTAc-a istinadla xəbər verir ki, Rusiya rejissoru Aleksandr Kottun “Sınaq” (Испытание) filmi tamaşaçı simpatiyası və bədii dəyərlərə görə mükafatlarına, “Kağız ay” (Paper Moon) filmində yaratdığı obraza görə yapon kinoaktrisası Rie Miyazava ən yaxşı qadın ifaçı, Polşa aktyoru Robert Vançkeviç isə “Qüdrətli mələk” (The Mighty Angel) filmində yaratdığı kişi obrazına görə ən yaxşı ifaçı mükafatlarına layiq görülüblər.

Festivalın münsiflər heyətinin xüsusi mükafatı Bolqarıstan və Yunanıstan kinomatoqrafçılarının birgə istehsalı olan “Dərs” (The Lesson) filminə verilib.

Festivalda Azərbaycan filmi də ("Nabat") mükafat uğrunda mübarizə aparırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG