Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:07

-

"OxuZalı"nda ən çox oxunan

Böyük rus yazıçısı Fyodor Dostoyevsky-nin allah, din haqqında fikirləri

“Ali ideyasız nə insan, nə də xalq yaşaya bilər. Yer üzündə bircə ali ideya var. O da insan ruhunun ölməzliyidir.

İnsanı yaşada biləcək bütün başqa “ali” ideyalar başlanğıcını məhz ondan götürür”.

“İnsan ruhunun ölməzliyinə birgə inam olmasa, bəşəriyyətə sevgini nə təsəvvür etmək olar, nə də bunun anlamı olar. Ümumiyyətlə, mümkün olmaz.

İnsanın əlindən onun öz ölməzliyinə olan inamını almaq, onun inancını “bəşəriyyətə sevgi” ilə əvəzləmək istəyənlər, mənə görə, özlərinə qəsd edirlər, çünki inancdan məhrum ürəklərinə bəşəriyyətə sevgi əvəzinə bəşəriyyətə nifrət toxumu səpirlər”.

“Allahın yoxluğunu bəşəriyyətə sevgi ilə əvəzləmək olmaz. Çünki insan o saat soruşacaq ki, bəşəriyyəti niyə sevməliyəm ki?”

“Bibliya. Bu kitab məğlubedilməzdir. Bu kitaba hətta keşişlərimizin liberal jurnallar üçün yazan övladları da heç nə edə bilməzlər”.

“Mən öz əsrimin övladıyam – inamsızlıq və şübhə əsrinin övladı. Ölənəcən də belə qalacam.

İnanmaq istəyi mənə həmişə dəhşətli iztirablar bahasına başa gəlib, indi də belədir. Amma ürəyimdəki bu inanmaq istəyi əks arqumentlər nə qədər artırsa bir o qədər güclənir.

Hərçənd bəzən allah mənə elə dəqiqələr bəxş edir ki, tamamilə sakitləşirəm. Həmin dəqiqələrdə hiss edirəm ki, mən də sevirəm, məni də sevirlər. İnanc rəmzimi də məhz həmin dəqiqələrdə şəkilləndirmişəm. Bu inancda mənim üçün hər şey aydın və müqəddəsdir.

Bu inanc çox sadədir: İnanmalısan ki İsa Məsihdən gözəli, dərini, yaraşıqlısı, ağıllısı, mərdi, mükəmməli yoxdur. Nəinki yoxdur, hətta qısqanc sevgiylə özüm-özümə deyirəm, olması mümkün də deyil. Üstəlik də kimsə mənə sübut etsəydi ki, həqiqət İsa Məsihdən kənarda mövcuddur və doğrudan da həqiqət İsa Məsihdən kənarda mövcud olsaydı, mən həqiqətlə yox, İsa Məsihlə birlikdə olmağı seçərdim”.

“Mənə görə, xalqın müqəddəs saydıqlarını təhqir etmək dəhşətli zorakılıq və görünməmiş barbarlıqdır”.

“Ola bilər ki, müasir tərəqqipərvər düşüncənin öncüllərinin hamısının məqsədi mahiyyətcə insansevər və alidir.

Amma mən bir şeyə əminəm: yüksək materiyadan danışan bu müasir müəllimlərə köhnə cəmiyyəti söküb yenidən qurmaq imkanı verilsə, nəticəsi elə bir zülmət, elə bir xaos olar, insaniyyətdən o dərəcədə uzaq, kor-kobud bir bina alınar ki, inşası bitməmiş bəşəriyyətin lənətləri altında uçub-dağılar. İsa Məsihdən bir dəfə imtina etməyin insan zəkası üçün dəhşətli nəticəsi olar. Bu aksiomadır”.

“Əgər inanc və İsa Məsih bizim üçün avtoritet olmasa, hər bir işdə yolu itirib azarıq”.

Sitatların mənbəyi: "Ф.М.Достоевский. Мысли. Высказывания. Афоризмы" kitabı, 1975

"Qrani epoxi" jurnalı

Günün bütün mövzuları

XS
SM
MD
LG