Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Naxçıvanda dərin tibbi yoxlamalara start verilir


Arxiv foto
Arxiv foto

-

«Şərq qapısı» 31.10. 2014

...Məruzəçi bu gün Naxçıvan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyətini vurğulayıb.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Naxçıvan çox qədim tarixə, zəngin adət-ənənələrə, mədəniyyətə və incəsənətə malik olan bir diyardır. Dahi rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışan Z. Əsgərov ulu öndərin Naxçıvanın tarixindəki müstəsna xidmətlərini xatırladıb. Qeyd edib ki, bu gün Naxçıvan çox sürətlə inkişaf edir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, akademik Vasim Məmmədəliyev Naxçıvanın müasir inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. Natiqlər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.

ŞAGİRDLƏR ARASINDA DƏRİN TİBBİ YOXLAMALAR APARILIR

Profilaktika xarakteri daşıyan yoxlamalar Naxçıvan şəhərinin 20 tam orta məktəbini əhatə edəcəkdir. Qısa müddətdə 11 tam orta məktəbdə belə müayinələr aparılıb, 7065 şagird kompleks tibbi yoxlamadan keçib. 62 şagird göz, 52 şagird stomatoloji, 15 şagird nevroloji, 5 şagird cərrahi, 2 şagird dəri-zöhrəvi, 23 şagird digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar yoxlamalar üçün xəstəxanaya – stasionara dəvət olunub...

Qeyd edək ki, şagirdlər arasında ilkin vərəmi aşkarlamaq üçün mantu sınağı aparılır, nəticələr yoxlanılır. Təkcə ötən ilin payız mövsümündə 10 min 775 şagird müayinələrə cəlb olunub, kompleks tibbi yoxlamadan keçirilib.

XS
SM
MD
LG