Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

-

Oktyabrın 30-da Bakıda V Avropa Film Festivalının açılış mərasimi olub.

Avropa İttifaqı Nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və “Park Cinema”-nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədi daşıyır.

Avropa Film Festivalı proqramına 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir.

Azərbaycan istehsalı, rejissor Elçin Musaoğlunun "Nabat" filmi 9 noyabrda təqdim olunacaq.

Hər film həftə içi iki növbəli (saat 16.00-da və 18.00-də), həftə sonunda isə bir növbəli nümayiş olunacaq.

Festivalda nümayiş olunacaq italyan filminin treyleri. "Qırmızı və göy" (Il Rosso e il Blu)

Bütün filmlərə giriş sərbəstdir və bilet tələb olunmur.

Festival noyabrın 9-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG