Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

-

Noyabrın 3-dən Bakı Fond Birjasında «Azər-Türk Bank» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanacaq.

Fins.az xəbər verir ki, «Azər-Türk Bank» bu dəfə 36,6 milyon manatlıq səhm buraxacaq. Bunlar hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd səhmdir. Emissiya baş tutsa, «Azər-Türk Bank»ın nizamnamə kapitalı 50 milyon manata çatacaq.

Mərkəzi Bank şərt qoyub ki, ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalı 50 milyon manata çatdırılsın. Möhlətin başa çatmasına iki ay var.

ADİ VƏTƏNDAŞ DA BANK SAHİBİ OLAR BİLƏR

Əgər iki gün ərzində «Azər-Türk Bank»ın yeni səhmlərini onun indiki səhmdarları almasa və ya hamısı alınmasa, onda kütləvi satış keçiriləcək.

Noyabrın 3-ü və 4-də səhmləri yalnız səhmdarlara ala biləcək. Əgər noyabrın 5-dək «Azər-Türk Bank»ın səhmdarları yeni səhmlərinin hamısını almasa, qalan səhmlər 10 gün müddətində, yəni noyabrın 14-dək kütləvi təklif əsasında satılacaq.

XS
SM
MD
LG