Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

Birləşmiş Ştatlar Qüdsdə bütün tərəfləri son günlər yaranan gərginliyə baxmayaraq təmkinli olmağa çağırıb. Dövlət katibi John Kerry oktyabrın 30-da sərt-xətt tərəfdarı olan ravvin Yehuda Glick güllələnib yaralanmasını pisləyib. O, həm İsrail, həm də ABŞ vətəndaşıdır. Glick Al-Aqsa (Məscidül-Əqsa) məscidində yəhudilərin ibadət hüquqlarını dəstəkləyir.

Al-Aqsa məscidi müsəlmanların ilk qibləsidir. Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır.

Kerry məscidin müsəlman dindarlar üçün yenidən açılmasına çağırıb. Polis deyib ki, oktyabrın 30-da bağlanan məscid cümə günü səhər namazına açılacaq. Məscidin bağlanmasını Fələstin lideri Mahmud Abbas da pisləyib, bunu İsrailin «müharibə elan etməsi» adlandırıb.

Kerry-nin sözlərinə görə, o, İsrail, İordaniya və Fələstin liderləri ilə əlaqə saxlayır, gərginliyin azaldılmasına çalışır.

İsveçin Fələstini tanıması isə İsrailin kəskin tənqidinə səbəb olub. Fələstin lideri Mahmud Abbas İsveçin qərarını «cəsarətli və tarixi» adlandırıb və digər ölkələri də bu addımı atmağa çağırıb.

İsrailin xarici işlər naziri Avigdor Lieberman isə Fələstin dövlətinin tanınması «pislənməli qərardır və yalnız ekstremist elementləri gücləndirir».

Günün bütün mövzuları

XS
SM
MD
LG