Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

Oktyabrın 30-da Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Pəncab əyalətinin Sarqodha və Hafizabad rayonlarında Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) adından humanitar yardım aksiyası keçirib. Tədbirdə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, fövqəladə hallar zamanı zərər çəkmiş insanlara yardımlarla məşğul olan Bayt-ul-Mal təşkilatının icraçı direktoru Abid Vahid Şeyx, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov iştirak ediblər.

Səfir Daşqın Şikarov çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) 30-dan çox Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra etdiyini, humanitar yardımlar çatdırdığını vurğulayıb. Bildirilib ki AİDA, Heydər Əliyev Fondu ilə birgə cari ilin may ayında Xayber Paxtunxva əyalətinin Dera İslmail Xan bölgəsində Heydər Əliyev Su təchizatı layihəsini icra etmiş və bununla da on minlərlə insanı içməli su ilə təchiz edib.

Mərasimin sonunda AİDA adından zərərçəkmiş insanlara qida paketləri paylanıb. Humanitar yardım - qida rasionu paketləri və un kisələri təbii fəlakətdən zərər çəkmiş minlərlə insanlara paylanıb. 8-9 nəfərlik ailə üçün nəzərdə tutulan rasion paketlərinə həyatı vacib qida məhsulları daxil edilib. Yardım ümumilikdə sel fəlakətlərindən zərər çəkmiş 25 min nəfər insanı əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG