Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

Facebookda «İntiqam Əliyevə azadlıq» flaş-mobu keçiriləcək


Hüquq müdafiəçisi İntiqam Əliyev

Hüquq müdafiəçisi İntiqam Əliyev

Noyabrın 1-də Facebookda «İntiqam Əliyevə azadlıq» flaş-mobu keçiriləcək.

Bu barədə bir qrup fəal qadının təmsil olunduğu «125-lər siyasi klubu»nun təmsilçisi İlhamiyyə Rza bildirib.

O deyib ki, flaşmoba qoşulun «İntiqam Əliyevə azadlıq. Biz onun dürüst və vicdanlı olmasına inanırıq!» statusu yazmaqla qoşulmaq olar: «Flaş-moba qoşulmaq istəyənlər sabah saat 11-də belə bir status yazmalıdırlar: «Daha bir vacib şərt, həmin gün başqa bir şeyin paylaşılmamasıdır! Facebook diqqət mərkəzində olan yeganə azad mühitdir. Səsimizi, sözümüzü burda deməkdən çəkinməyək».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG