Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Haqqani şəbəkəsinin komandiri öldürülüb


ABŞ-ın pilotsuz təyyarəsi Haqqani şəbəkəsinin komandirini öldürüb

ABŞ-ın pilotsuz təyyarəsi Haqqani şəbəkəsinin komandirini öldürüb

Pakistanın təhlükəsizlik rəsmiləri bildirirlər ki, ABŞ-ın pilotsuz təyyarəsi Pakistanda azı yeddi yaraqlı öldürüb. Onlardan biri Haqqani şəbəkəsinin komandiridir.

Hücum oktyabrın 30-da səhər saatlarında, Cənubi Vəziristan ərazisində həyata keçirilib.

Pakistanın kəşfiyyat rəsmisi həmin komandirin Abdullah Haqqani olduğunu bildirir. Onun sözlərinə görə, öldürülən yaraqlılar arasında azı 4 xarici də var.

Bu hücumdan 2 həftə öncə Əfqanıstan Haqqani şəbəkəsinin iki liderini tutub.

Cənubi Vəziristan Pakistanın Əfqanıstanla sərhədində yerləşən yeddi tayfa regionundan biri, Haqqani şəbəkəsinin güc mərkəzidir. Bu mühafizəkar qrupun Al Qaeda və Talibanla sıx əlaqələri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG