Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04


Pensilvaniya ştatında polis ABŞ-da ən çox axtarışda olan cinayətkarlardan biri-Eric Freini saxlayıb. E. Frein polis işçisinin öldürülməsində şübhəli bilinir.

Frein 30 oktyabrda ştatın hava limanlarının birinin anqarında həbs olunub. Məlumata görə o silahlı olub, amma həbs olunarkən müqavimət göstərməyib.

Frein sentyabrın 12-də Pensilvaniya ştatında polis kazarmasının yaxınlığında bir polisin ölümü, digərinin yaralanması ilə nəticələnən silahlı atışmada şübhəli bilinir.

Ehtimal olunur ki, silah həvəskarı olan Frein ekstremal hallarda yaşamaq yolunu bilir və bütün bu vaxt ərzində meşədə gizlənə bilib. Polis Freinin mobil telefonuna gələn zəngdən onu ələ keçirib.

Freinin axtarışında yüzlərlə polis iştirak edib. ABŞ Federal Burosu isə cinayətkarla bağlı onun həbs olunmasına səbəbəb olacaq məlumata görə yüz min dollar mükafat təklif etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG