Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

Ədliyyə Nazirini meymuna oxşadan satirik jurnal cərimə olundu


Christiane Taubira

Christiane Taubira

Ədliyyə nazirini meymuna bənzətdiyinə görə Fransanın ifrat sağçı satirik jurnalı “Minute” 10 min avro cərimə olunub.

Bu qərarı oktyabrın 30-da Paris məhkəməsi verib.

Noyabr ayında jurnalda ədliyyə naziri Christiane Taubiranın şəkli verilmişdi, başlıqda isə yazılmışdı: ”meymun kimi hiyləgər”.

Ancaq Frans Pressin məlumatında deyilir ki, mətn heç də birmənalı deyil, əslində qəsdən ikibaşlıdır, çünki fransız dilində “meymun kimi hiyləgər” ifadəsi həm də tərifdir, kimin isə ağıllı olduğunu demək istəyəndə də bu ifadəni işlədə bilərlər.

Ancaq məhkəmə jurnalın yazdığını təhqir sayıb, nazirin özü də hesab edir ki, bu, kobudluqdur və jurnal “onu adam hesab etmir”.

1962-ci ildə təsis olunan bu jurnal bir vaxtlar Fransanın ən çox satılan həftəlik jurnalı idi

Günün bütün mövzuları

XS
SM
MD
LG