Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Pew: inkişaf etməkdə olan ölkələrdə insanların öz həyatından razılığı kəskin artıb


Pew Research Center

Pew Research Center

İqtisadiyyatları inkişaf etməkdə olan ölkələrdə insanların həyatından razılığı 7 il əvvəkkidən qat-qat yüksəkdir.

İnsanların öz həyatından razılığı Çin, İndoneziya, Malayziya kimi ölkələrdə xüsusilə yuxarıdır.

Vaşinqtonda qərarlaşan Pew araşdırma mərkəzi 43 ölkədə 47 min adama sual verib ki, onlar öz həyatlarından razıdırlarmı? Cavablar 10 ballıq sistemlə müəyyən olunub-öz həyatından tam razı olmaq 10 baldır, tamam narazı olmaq isə 1 bal.

ABŞ, Britaniya, Yaponiya kimi ölkələrdə həyatdan razılıqlarını 7 baldan 10 bala kimi, yəni yüksək qiymətləndirənlər cavab verənlərin 54 faizi olub.

İnkişaf etməkdə olan ölkələrdə isə həyatından belə razılar 51 faizdir. 2007-ci ildə onlar 33 faiz idi.

Araşdırmanı aparanların fikrincə, gəlirlərlə həyatdan razılıq arasında birbaşa əlaqə var. Ekpsetlərin fikrincə, ikinci nəticə isə odur ki, gəlirlərin müəyyən həddindən sonra həyaından razılıq gəlirlə birbaşa bağlı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG