Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:56

MSK dəqiq nəticələri 30 gün ərzində açıqlamalıdır


MSK dairə seçki komissiyalarının yekun protokollarını qəbul etməyə başlayıb

MSK dairə seçki komissiyalarının yekun protokollarını qəbul etməyə başlayıb

Oktyabrın 6-da 603 bələdiyyəyə keçirilən təkrar, əlavə, ilk və yeni seçkilərin ilkin nəticələri artıq Mərkəzi Seçki Komissiyasının [MSK] internet saytında yerləşdirilib. Dəqiq nəticələr isə seçkidən ən geci 30 gün sonra elan olunmalıdır.


MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, bundan öncə isə MSK 20 gün ərzində dairə seçki komissiyalarından daxil olmuş protokolları araşdırmalıdır. Yalnız bundan sonra qərarını bildirməlidir.


«MSK-nın qərarı qətidir. Təsdiqlənmək üçün parlament və ya prezident seçkilərində olduğu kimi, Konstitusiya Məhkəməsinə göndərilmir».


Azər Sarıyev bildirir ki, artıq oktyabrın 7-də səhər saat 10-dan MSK dairə seçki komissiyalarının yekun protokollarını qəbul etməyə başlayıb. Bu proses 48 saat ərzində başa çatdırılmalıdır.


Oktyabrın 6-da 82 dairəni əhatə edən 603 bələdiyyəyə təkrar, əlavə, ilk və yeni seçkilər keçirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG