Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

-

Oktyabrın 30-da Xətai rayon Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevə hökm oxunub.

Bu haqda AzadlıqRadiosuna Oqtay Gülalıyevin özü məlumat verib.

Onun dediyinə görə, məhkəmə Əli Gülalıyevə 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsib. Bu müddətdə o, həm də məcburi islah işlərinə cəlb olunacaq.

Məhkəmədə diplomat korpusunun nümayəndələri də iştirak ediblər.

Əli Gülalıyev xuliqanlıqda ittiham olunurdu. Ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Əli Gülalıyevin 1 il şərti azadlıqdan məhrum olunması ilə bağlı qərar çıxarmasını istəmişdi.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Daha sonra orta məktəbin şagirdlərindən biri Əli Gülalıyevin onu döydüyü iddiası ilə bağlı şikayət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG